Rusiyanın Ukraynaya fevralın 24-də başlayan hücumlarından sonra bəzi rus şirkətləri hakerlərin hədəfinə çevrilib.Rusiyada hakerlərin son hədəfi Yandex-in taksi xidməti göstərdiyi YandexGo proqramı olub.
Bakıvaxtı.az xəbər verir ki, Forbes Russia xəbər verir ki, sentyabrın 1-də səhər saatlarında Moskvada sürücülər şəhərin qərbindəki Kutuzovski küçəsində qeyri-adi taksi hərəkətindən şikayət ediblər.
Sürücülər 40 dəqiqəyə yaxın taksilərin yaratdığı tıxacda qalıblar.
Məlumata görə, “YandeksGo” tədbiqini sındıran şəxs bütün uyğun taksiləri eyni ünvana çağırıb. Bu da şəhərdə nəqliyyatın sıxlığına səbəb olub. Səlahiyyətlilər təhlükəsizlik bölmələrinin bunu dərhal dayandırdığını izah bildirib. Gələcəkdə belə hadisələrin qarşısını almaq üçün alqoritmin artıq təkmilləşdirildi bildirilib. Digər tərəfdən, hazırda hakerlərin kim olduğu bilinmədiyi bildirilib.
Aytac Aslan
















