• Bakı 26° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Mossad”ın direktoru Misirə gedəcək

 

DÜNYA

13 Fevral 2024 | 11:25

“Mossad”ın direktoru Misirə gedəcək

İsrailin kəşfiyyat və xüsusi əməliyyatlar xidməti "Mossad"ın direktoru David Barnea HAMAS-ın girov götürdüyü israillilərin azad edilməsi ilə bağlı danışıqlarda iştirak etmək üçün Misirə gedəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” gündəlik nəşri yazıb.

    Barnea Misirə gedən nümayəndə heyətinə rəhbərlik edəcək, danışıqlarda ABŞ və Qətər nümayəndə heyətləri də iştirak edəcək.

    Həmçinin əlavə olunub ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börnslə David Barneanın Misir və Qətərin yüksək vəzifəli şəxsləri ilə görüşü gözlənilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Sentyabr 2026