• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Müasir "Nostradamus"dan DƏHŞƏTLİ PROQNOZ: III Dünya Müharibəsi...

CƏMİYYƏT

03 Oktyabr 2022 | 16:09 | Müəllif: Qalib İbrahimoğlu

Müasir "Nostradamus"dan DƏHŞƏTLİ PROQNOZ: III Dünya Müharibəsi...

Rusiya-Ukrayna müharibəsi davam edərkən, bir tərəfdən də nüvə təhlükəsi bütün dünyanı qorxudur. Dünya fəlakətin astanasındadır.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, müasir dövrün Nostradamusu kimi təsvir edilən braziliyalı Athos Salome narahatedici bir proqnoz verbi. Dünyanı xilas etmək üçün Tanrının verdiyi güclərlə təchiz olunduğunu iddia edən Salome COVID-19, Kraliça II Elizabetin ölümü və İlon Maskın "Twitter"i alması kimi hadisələri proqnozlaşdırdığını deyir.

"Nostradamus" III Dünya Müharibəsinin başlamasına az qaldığını iddia edir. İngiltərənin "Daily Star" qəzetinə danışan Salome qeyd edib ki, III Dünya Müharibəsi koronavirusun dünyada pandemiyaya çevrilməsi ilə başlayıb: "Bu, Rusiyanın Ukraynaya təcavüzü ilə təsdiqləndi və texnologiyanın böyük inkişafı ilə reallığa çevrildi".

12 yaşında digər insanlardan fərqli olduğunu anladığını deyən A.Salome bəzən özündən şübhələndiyini bildirir. Sahib olduğu qabiliyyətlərin haradan və kimdən gəldiyinə şübhə etməyən Salome insanlara kömək etmək üçün seçildiyinə, insanların nə axtardığını bilmək üçün peyğəmbərlik qabiliyyətinə malik olduğuna inanır.

İddiasına görə, 2020-ci ildə başlayacaq COVID pandemiyasını hələ 2012-ci ildə deyib. Onun sözlərinə görə, 44 gün əvvəl isə Rusiyanın Ukraynanı işğal edəcəyini proqnozlaşdırıb.

Aytac Aslan

 


Müasir "Nostradamus"dan DƏHŞƏTLİ PROQNOZ: III Dünya Müharibəsi...Müasir "Nostradamus"dan DƏHŞƏTLİ PROQNOZ: III Dünya Müharibəsi...Müasir "Nostradamus"dan DƏHŞƏTLİ PROQNOZ: III Dünya Müharibəsi...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR