• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Müdafiə Nazirliyi təlimlərlə bağlı MƏLUMAT YAYDI

CƏMİYYƏT

16 Noyabr 2022 | 17:06

Müdafiə Nazirliyi təlimlərlə bağlı MƏLUMAT YAYDI

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq hərbi hissələrin qərargah zabitlərinin iştirakı ilə kompüter dəstəkli komanda-qərargah təlimləri keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılır, qəbul edilmiş qərarlara dair tapşırıqlar kompüter üzərində icra edilərək qiymətləndirilir.

Vətən müharibəsi, "Qisas" əməliyyatı, eləcə də Azərbaycan Ordusunun həyata keçirdiyi digər uğurlu əməliyyatlar zamanı qazanılan təcrübədən təlimlərdə geniş istifadə olunur.

Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüş əməliyyatları planlarının hazırlanması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə yanaşı, onların çevik qərar qəbuletmə bacarıqlarını, eləcə də döyüşü idarəetmə qabiliyyətini artırmaqdan ibarətdir.


Müdafiə Nazirliyi təlimlərlə bağlı MƏLUMAT YAYDIMüdafiə Nazirliyi təlimlərlə bağlı MƏLUMAT YAYDIMüdafiə Nazirliyi təlimlərlə bağlı MƏLUMAT YAYDIMüdafiə Nazirliyi təlimlərlə bağlı MƏLUMAT YAYDIMüdafiə Nazirliyi təlimlərlə bağlı MƏLUMAT YAYDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR