• Bakı C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Münasibətlərin daha da gərginləşməsinə heç bir ehtiyac yoxdur

SİYASƏT

13 Fevral 2025 | 14:41

Münasibətlərin daha da gərginləşməsinə heç bir ehtiyac yoxdur

"Bakıda "Rus Evi"nin fəaliyyəti və qapadılması ilə bağlı mediada geniş materiallar dərc olunmaqdadır. Bu xəbərlər Rusiyada böyük təlaşa, əndişəyə səbəb olmaqdadır".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Siyasi şərhçi bildirib ki, Rusiya tamamilə qeyri-konstruktiv mövqedən çıxış edir:

"Azərbaycan öz milli maraqlarını, müstəqilliyini, suverenliyini təmin edir və bu maraqlardan çıxış edərək müvafiq addımlar atır. Əlbəttə, burada münasibətlərin daha da gərginləşməsinə, ziddiyyətlərin daha da artırılmasına heç bir ehtiyac görmürəm. Çünki Azərbaycanın Rusiyada fəaliyyət göstərən diaspor təşkilatı ləğv olunanda ölkəmizdə siyasətçilərin, deputatların, ictimaiyyət nümayəndələrinin, ekspertlərin bu məsələyə aşırı reaksiyasını görmədik. Qanunvericiliklə bağlı olduğu üçün bunu rahatlıqla həzm etdik. Lakin "Rus Evi" ilə bağlı hadisədə Azərbaycanın haqlı mövqeyinə qarşı Moskvada kifayət qədər ciddi təpkilərin olduğunu müşahidə edirik. Bu, yolverilməzdir".

İlyas Hüseynov, politoloq

İ.Hüseynovun sözlərinə görə, diplomatik, informativ, diasporal müstəvidə paritet qorunmalı və hər iki tərəf buna hörmətlə yanaşmalıdır:

"Qeyd edim ki, bəzi dövlətlərin digər ölkələr daxilində müxtəlif qruplar, hücrələr, kritik kütlələr formalaşdırması sirr deyil. Daim onlarla təmaslar qurularaq, tədbirlərlə, konfranslar təşkil etməklə əməkdaşlıq saxlanılır və bu sahədə öz maraqlarını güdürlər. Bu, ayrı-ayrı mərkəzlərin yumşaq gücünün müxtəlif dövlətlərdə təmsilçiliyi deməkdir".

Aydın Baxış


SON XƏBƏRLƏR