• Bakı 17° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Müsabiqəyə buraxılan abituriyentlərin SAYI AÇIQLANDI

CƏMİYYƏT

16 Avqust 2022 | 11:27

Müsabiqəyə buraxılan abituriyentlərin SAYI AÇIQLANDI

"Bu il müsabiqəyə buraxılan abituriyentlərin sayı təxminən plan yerlərinin sayı qədərdir",

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİM-in sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, lakin ixtisas qrupları üzrə ayrıca rəqəmlərə baxsaq fərqli müsabiqə vəziyyətinin yarandığını görürük: "Məsələn, I ixtisas qrupunda 16419 plan yeri ayrılıb. Müsabiqədə iştirak etmək hüququ olanlar isə 19030 nəfərdir. İkinci qrupda isə 12232 plan yeri var. Müsabiqə iştirakçılarının sayı isə 9804 nəfərdir. Bu o deməkdir ki, faktiki II qrupda hər bir şəxsin ali təhsil müəssisələrinə qəbul olmaq imkanı var”.

DİM sədri qeys edib ki, “Abituriyent” jurnalının 4-cü sayında 31-ci səhifədə (rus bölməsi üçün jurnalda 25-ci səhifədə) 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu təqdim olunub.

Aytac Aslan


SON XƏBƏRLƏR