Ədliyyə Nazirliyi ReAL Partiyasının üzvlərinin reyestrini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli bildirib.
Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası, AĞ Partiya, Vətəndaş Həmrəyliyi, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Xalq Partiyası və Müsavat Partiyasının üzvlərinin reyestri təsdiqlənib.
***
Müsavat partiyası da Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə partiyanın sədri Arif Hacılı feysbuk hesabında paylaşım edib.
Xatırladaq ki, bundan öncə daha 4 partiyanın tələb olunan 5 min üzvlük reyestr tələbinə cavab verdikləri üçün qeydiyyatları təsdiqlənib.
















