• Bakı 9° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Namibiya prezidenti vəfat etdi

DÜNYA

04 Fevral 2024 | 09:00 | Müəllif: Subhan Mahmudov

Namibiya prezidenti vəfat etdi

Namibiya Respublikasının Prezidenti Haqe Qotfrid Qeynqob fevralın 4-də 82 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun yanında həyat yoldaşı və uşaqları olub.

Namibiya prezidentinin ofisi vurğulayıb ki, həkimlər qrupu prezidentin sağalmasını təmin etmək üçün əlindən gələni edib, lakin mütəxəssislərin bütün səylərinə baxmayaraq ölkə başçısı dünyasını dəyişib.

Namibiyanın vitse-prezidenti, hazırda isə dövlət başçısı vəzifəsini icra edən Nangolo Mbubanın imzaladığı nekroloqda deyilir: “Xalq görkəmli xidmətçisini, azadlıq mübarizəsinin simvolunu, konstitusiyamızın baş memarını və Namibiya evinin sütununu itirdi”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR