• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qəza törədib qaçan avtomobil sürücüsü polisi vurdu

DÜNYA

05 Mart 2024 | 08:57 | Müəllif: Qalib İbrahimoğlu

Qəza törədib qaçan avtomobil sürücüsü polisi vurdu

Türkiyədə bir polis əməkdaşının ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbəe verir ki, hadisə Samsunun Havza rayonunda qeydə alınıb.

Məlumata görə, Samsun-Ankara yolunun Toybelen məntəqəsində törətdiyi qəzadan Ankaraya doğru qaçan 55 SA 335 nömrəli avtomobili saxlamaq üçün polis qrupları hərəkətə keçib.
Özgür B.-nin idarə etdiyi avtomobil onu saxlamağa çalışan polis əməkdaşı Orxan Mutlunu vurub.

Orxan Mutlu hadisə yerində şəhid olub. Polis maşınında olan digər polis əməkdaşı Əli Suat Vanlı da yaralanıb. Yaralı polis əməkdaşı xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR