• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Narkotikin təsiri altında avtomobil idarə etdi və...

HADİSƏ

05 Mart 2024 | 08:44 | Müəllif: Qalib İbrahimoğlu

Narkotikin təsiri altında avtomobil idarə etdi və...

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü barəsində inzibati qaydada tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə rayon sakini Namiq Hüseynov saxlanılıb.

    Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib.

    Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026