• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Naxçıvanın sabiq daxili işlər naziri xəstəxanaya yerləşdirildi

CƏMİYYƏT

28 Noyabr 2022 | 20:24 | Müəllif: Subhan Mahmudov

Naxçıvanın sabiq daxili işlər naziri xəstəxanaya yerləşdirildi

Həbs edilən Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Unikal”a Ə. Əhmədovun ailə üzvləri məlumat verilib. Qeyd olunub ki, azadlığa buraxılan Əhmədov səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gün öncə “Unikal” sabiq daxili işlər naziri Əhməd Əhmədovun azadlığa buraxılması üçün Ali Məhkəməyə müraciət etdiyini yazmışdı.

 Ə.Əhmədov Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham olunurdu.

O, 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026