"Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilib.
Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, İlyas İnqilab oğlu Həsənov öz istəyi ilə işdən çıxarılıb.
Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Əldə etdiyimiz məlumata görə, İlyas Həsənov Məcnun Məmmədovun yaxın dostu, hazırda "Aqroservis" ASC-nin sədri vəzifəsində çalışan Mehman Veysəlovla birgə çalışmaq istəməyib. O, bundan sonra işini məhkəmə-hüquq sistemində davam etdirəcəyi deyilir.