• Bakı 11° C

    11.07 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Neft məhsulları ixracının həcmi 7 faizdən çox artıb

    İQTİSADİYYAT, CƏMİYYƏT

    16 Fevral 2026 | 15:03

    Neft məhsulları ixracının həcmi 7 faizdən çox artıb

    2026-cı ilin yanvar ayında ölkədən 44 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.

    Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

    Qeyd olunub ki, ixrac olunan məhsulların dəyəri 32 milyon dollardan çoxdur.

    Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 41,6 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 19,1 milyon dollar olub.


    SON XƏBƏRLƏR