• Bakı 17° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Neftçalada brakonyerliklə məşğul olanlar saxlanıldı

CƏMİYYƏT

18 Mart 2024 | 16:04

Neftçalada brakonyerliklə məşğul olanlar saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdikləri profilaktik tədbirlər zamanı Kür çayının Mayak-1 kəndi ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan 2 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, həmin şəxslərdən taxta qayıqlar, sintetik torlar, qadağan olunan ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı balıqları aşkar edilib. 

Faktla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR