• Bakı 19° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Netanyahunun məhkəməsi təxirə salındı

DÜNYA

13 Aprel 2026 | 11:48 | Müəllif: Əli Hüseynov

Netanyahunun məhkəməsi təxirə salındı

İsrail Baş naziri Binyamin Netanyahunun korrupsiya işi üzrə bu həftəyə planlaşdırılan məhkəmə dinləmələri təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb kimi təhlükəsizlik və siyasi səbəblər əsas gətirilib.

Məlumata görə, dinləmələrin ən azı bir həftəlik gecikdirilməsi şərti olaraq təsdiqlənib.

Məhkəmə həmçinin gələn həftəki iclaslarla bağlı yeni və əsaslandırılmış müraciət tələb olunduğunu bildirib.

Xatırladaq ki, Netanyahu “1000”, “2000” və “4000” işləri üzrə rüşvət, fırıldaqçılıq və vəzifədən sui-istifadə ittihamları ilə mühakimə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR