• Bakı 18° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Nikahın bağlanmasına mane olacaq daha bir hal müəyyənləşir

GÜNDƏM

25 Iyun 2024 | 11:56

Nikahın bağlanmasına mane olacaq daha bir hal müəyyənləşir

Ailə Məcəlləsinin nikahın bağlanmasına maneə yaradan halları əks etdirən 12-ci maddəsinə dəyişiklik təklif olunur.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin iyunun 25-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan, yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

Günel Abbas


SON XƏBƏRLƏR

28 Sentyabr 2024