Novruz Əzimov Moldovanın “Dinamo-Avto” klubunun baş məşqçisi postundan ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Tiraspol klubunun mətbuat xidməti açıqlayıb.
Tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam verilməsi barədə razılığa gəlib. Buna komandanın uğursuz nəticələri səbəb olub.
Qeyd edək ki, Əzimov sentyabrda bu posta gətirilmişdi.
















