• Bakı 25° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Oğuzda avtomobil aşdı - yaralı var

HADİSƏ

08 Noyabr 2021 | 22:10 | Müəllif: Subhan Mahmudov

Oğuzda avtomobil aşdı - yaralı var

Oğuzda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə saat 18:00 radələrində Qaraməryəm Ismayıllı-Şəki avtomobili yolunun Oğuz rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Oğuz rayonunun Muxas kəndind sakini, 1986-cı il təvəllüdlü Taleh Ərəstun oğlu Məhərrəmov idarə etdiyi “VAZ-21015” markalı 99 OM 540 dövlət qeydiyyatlı nişanlı avtomobillə Şəki rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomobili yolun sol hissəsindəki çökəkliyə aşırıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücüsü Taleh Məhərrəmov Şəki Rayon Mərkzəi Xəstəxanasına aparılıb.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı arasdırma aparılır.(apa.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026