• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Beşinci mərtəbədən yıxıldı, sağ qaldı

HADİSƏ

08 Dekabr 2021 | 13:49 | Müəllif: Qalib İbrahimoğlu

Beşinci mərtəbədən yıxıldı, sağ qaldı

Bakının Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanından düşərək birinci mərtəbəsindəki mənzilin artırmasının damında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Bakıxəbər.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən,  FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisənin baş verdiyi ünvana cəlb olunub.

Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb və hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verərək xilas olunmasını təmin ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026