• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şəhidin abidəsinin qarşısından oğurluq edildi

HADİSƏ

07 Yanvar 2022 | 12:10

Şəhidin abidəsinin qarşısından oğurluq edildi

Biləsuvarda Vətən müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinə ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində 2-ci Qarabağ müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından 4 ədəd gül dibçəyinin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026