• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünyada bu yay temperatur ən yüksək həddə çatıb

DÜNYA

14 Avqust 2023 | 17:14

Dünyada bu yay temperatur ən yüksək həddə çatıb

​​​​​​Məlum olub ki, gəmilərdə istifadə olunan ətraf mühit üçün zərərli kükürd dünyanın hərarətini aşağı salır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu, tədqiqatçı Leon Simonsun gəldiyi qənaətdir. "Biz kükürdün istifadəsini azaltmaqla okeanların faktiki temperaturunu gördük" deyən Simonsun fikrincə, dünya düşündüyümüzdən qat-qat çox istiləşib.

Məlumata görə, bu yay dünyanın temperaturu tarixdə ən yüksək həddə çatıb. Dünya həm qlobal istiləşmənin təsirlərini azaltmağa, həm də kükürd kimi zərərli qazlardan imtina etməyə çalışır.

Buna baxmayaraq, hollandiyalı İqlim Araşdırmaçısı Leon Simons bir araşdırma dərc edərək sosial mediada təmiz enerji səylərinin mənasız olduğunu söyləyib:

“Biz bir gəminin buraxa biləcəyi maksimum kükürd miqdarını 3,5 faizə endirmişik. Buna görə günəş şüalarının daha az hissəsi geri əks olunur ki, bu da okeanın temperaturunu 0,5 dərəcə artırır. Yanacağında kükürddən istifadə edən gəmilər bütün gəmilərin üçdə birini təşkil edir.Onlar havaya buraxılan kükürdü yandırır, havadakı hissəciklərlə birləşərək okeanı daha çox əks etdirir. Yenidən kükürd gətirsək, uzun illər qlobal istiləşmə reallığını görmədiyimiz kimi, indi də görməyəcəyik".

Kükürdlü yanacaqlar 2020-ci ildə dünyada çirklənməni artırdığından gəmi nəqliyyatından istifadədə məhdudlaşdırılıb. Kükürd dənizə soyuducu təsir göstərir. Bu qazdan istifadənin qəfil azalması okeanların temperaturunu 0,5 dərəcə Selsi artırdı və bu, indiyə qədərki ən yüksək göstəriciyə çevrilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026