• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Olimpiya çempionu Vəliyeva 4 illik diskvalifikasiya olunub

İDMAN

29 Yanvar 2024 | 21:10 | Müəllif: Subhan Mahmudov

Olimpiya çempionu Vəliyeva 4 illik diskvalifikasiya olunub

İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanı 4 illik diskvalifikasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb idmançının antidopinq qaydalarını pozması olub.

Vəliyevanın cəzası 2021-ci il dekabrın 25-dən hesablanacaq. Həmin gün Rusiya çempionatındakı çıxışından sonra Kamilədən götürülən dopinq testin cavabı müsbət olub. Bu barədə qərar 2022-ci il fevralın 8-də Pekin-2022 Qış Olimpiya Oyunlarından başa çatdıqdan sonra açıqlanıb. Nəticədə idmançı Rusiya fiqurlu konkisürmə komandasının heyətində qazandığı Olimpiya çempionu titulundan məhrum ediləcək.

Qeyd edək ki, Vəliyeva dopinq-testində tapılan qadağan olunmuş preparatın təsadüfən onun orqanizminə düşdüyü sübut etməyə çalışsa da, qərar dəyişməyib./idman.biz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026