"Biz uzun illərdir ki, ölkəmizdə seçkilərdə veb-kameralardan istifadə edirik. Seçki məntəqələrində bu addımın atılması şəffaflığın təmin edilməsi məqsədilə uğurlu hesab edilə bilər".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri MSK sədrinin müavini Rövzət Qasımov deyib.
R.Qasımov bildirib ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesində 1000 seçki məntəqəsində vebkameralar quraşdırılıb.
Onun sözlərinə görə, fevralın 7-də keçirilən prezident seçkilərində veb-kameraların istifadəsi ilə bağlı təhlil məlumatlarına əsasən, veb-kameralara internet üzərindən baxış sayı 468 mindən çox olub. Bunlardan 32 mindən çoxu ölkə xaricindən həyata keçirilib:
"Dünya üzrə ölkəmizdəki seçkinin durumunu veb-kameralar sayəsində izləyən ölkələr arasında ilk üçlükdə ABŞ, İngiltərə və Türkiyə dayanır".
Əli Hüseynov











jpg-1726902725.webp)



