• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ölkəyə qanunsuz narkotik keçirilməsinə cəhd edildi

HADİSƏ

31 Oktyabr 2022 | 17:09

Ölkəyə qanunsuz narkotik keçirilməsinə cəhd edildi

Dövlət Gömrük Komitəsi İrandan Azərbaycana qanunsuz 1,75 kq heroin keçirilməsinin qarşısı alıb.

Bakıvaxtı.az-ın Komitəyə istinadən verdiyi məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu gömrük nəzarətindən keçən zaman saxlanılıb.

Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin salonunda karton qutuda olan qəhvəyi rəngli güldana reaksiya verib. Daha sonra həmin əşya rentgen qurğusundan keçirilib və şübhəli cizgilər müşahidə edilib.

Ətraflı yoxlama nəticəsində güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə etməklə şəffaf sellofanda qablaşdırılan açıq qəhvəyi rəngli narkotik vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Ölkəyə qanunsuz narkotik keçirilməsinə cəhd edildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026