Araşdırmaya görə, Omikronun BA.2 alt variantı orijinal variantdan daha yoluxucudur.
Bakıvaxtı.az xəbər verir ki, Danimarkada aparılan araşdırma Omikronun BA.2 subvariantının BA.1 subvariantından daha yoluxucu olduğunu və koronavirus vaksinlərinin bu subvarianta qarşı təsirsiz qaldığını ortaya qoyub.
Dünya üzrə koronavirus yoluxmalarının 98%-dən çoxu BA.1 alt variantından qaynaqlanır.
Bununla belə, BA.1-in yaxın qohumu olan BA.2 yanvarın ikinci yarısından etibarən Danimarkada dominant variant olub.
Dekabr və yanvar aylarında aparılan araşdırmada Omikron virusuna yoluxmuş 8500-dən çox insan iştirak edib (aztibb.az) . Tədqiqat göstərdi ki, BA.2-yə yoluxmuş insanların virusu başqalarına ötürmə ehtimalı BA.1-ə yoluxmuş insanlarla müqayisədə 33% çoxdur.
Eyni zamanda, BA.2 subvariantının immunitet sisteminin yaratdığı maneələri aşa bilən xüsusiyyətlərə malik olduğu qənaətinə gəlinib.
Bildirilib ki, tədqiqat hələ ekspert rəyindən keçməyib.
















