• Bakı C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.7676

    RUB - 1.6798

Orban: Ukraynadakı müharibə 2025-ci ildə yekunlaşacaq

DÜNYA

24 Dekabr 2024 | 14:35

Orban: Ukraynadakı müharibə 2025-ci ildə yekunlaşacaq

Ukraynadakı müharibə 2025-ci ildə ya sülh danışıqları, ya da tərəflərdən birinin məğlubiyyəti ilə yekunlaşacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Magyar Nemzet” nəşrinə Macarıstanın Baş naziri Viktor Orban deyib.

    O Ukraynanın ərazisinin 20 faizini itirdiyini, milyonlarla qaçqınların olduğunu qeyd edib. Macar hökumət başçısının sözlərinə görə, adıçəkilən ölkə postmüharibə dövründə nə iqtisadiyyatının bərpasını, nə də digər zəruri işləri müstəqil şəkildə həyata keçirmək iqtidarında deyil.

    V. Orban siyasi karyerasında 2020-2024-cü illərdən daha mürəkkəb dövrü xatırlamadığını söyləyib, bu amili bəzi Qərb liderlərinin təhlükəli fikirlərə ortaq olması ilə əlaqələndirib:

    “Qərb dünyasında hakimiyyətdə elə adamlar var ki, onlar öz ölkələrini müdafiə etməyə qadir olmayan təhlükəli ideyaları dəstəkləyir. 2020-ci ildə ABŞ-də keçirilən Prezident seçkisi Donald Trampı bu postdan məhrum etmək məqsədilə saxtalaşdırılmışdı. Başqa bir nümunə isə Almaniya və Fransa ilə bağlıdır. Almaniyanın ən sabit fikirli kansleri Angela Merkel vəzifədən getdi, Fransa isə özünün ən çirkin niyyətini göstərməyə başladı. Bundan sonra Avropa ilə Rusiya arasında münaqişə vəziyyəti yarandı. Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə ya Rusiyanın, ya da Ukraynanın məğlubiyyəti ilə başa çatacaq. Onu da əlavə edib ki, son 4 il siyasi karyeramın ən mürəkkəb dövrü oldu” – V. Orban belə deyib.


    SON XƏBƏRLƏR

    24 Dekabr 2024