• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ötən ay zəhərlənmədən 5 nəfər ölüb

CƏMİYYƏT

04 Iyun 2024 | 10:15 | Müəllif: Qalib İbrahimoğlu

Ötən ay zəhərlənmədən 5 nəfər ölüb

May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 100 nəfər qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-a KTM-dən bildirilib

Məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 24-ü sirkə turşusundan, 9-u etanoldan, 3-ü dəm qazından zəhərlənən şəxslərdir.

    Həmçinin 6 nəfər allergik reaksiya, 11 nəfər ilan sancması, 1 nəfər göbələk, 4 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

    "Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

    Ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol zəhərlənmələrindən qeydə alınıb", - deyə məlumatda qeyd olunur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Sentyabr 2026