• Bakı 13° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Ötən həftə 192 yanğına çıxış olub, 33 nəfər xilas edilib

CƏMİYYƏT

03 Noyabr 2025 | 09:24

Ötən həftə 192 yanğına çıxış olub, 33 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bakıvaxtı.az nazirliyin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 192 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma, 4 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 33 nəfər xilas edilib, 2-si azyaşlı olmaqla 15 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR