• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ötən il Biləsuvarda partlayışın baş verdiyi bina sökülür

CƏMİYYƏT

09 Yanvar 2024 | 22:04 | Müəllif: Subhan Mahmudov

Ötən il Biləsuvarda partlayışın baş verdiyi bina sökülür

Ötən il Biləsuvar şəhərində qaz sızması nəticəsində qəzalı vəziyyətə düşən binada söküntü işləri aparılır.

Bakıvaxtı.az-ın məlumatına görə, bina ikigirişli və beşmərtəbəli olub.

Gələcəkdə binanın yerində parkın tikintisi gözlənilir. Binada yaşamış 37 ailənin hər birinə kompensasiya da artıq ödənilib. Belə ki, hər ailəyə sahib olduğu mənzilin real qiymətinə uyğun ikiotaqlı üçün 35 min, üçotaqlı üçün isə 45 min manat ödənilib.

Qeyd edək ki, ötən ilin aprel ayında binanın 5-ci mərtəbəsində qaz sızması nəticəsində baş verən partlayış zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə xəsarət almışdı./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026