• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Övlad kimi sevirsə, onunla da evlənməlidir" - Mələkxanım Eyyubova

MƏDƏNİYYƏT

14 Mart 2023 | 12:48

"Övlad kimi sevirsə, onunla da evlənməlidir" - Mələkxanım Eyyubova

"Övladlarımın Ramal, Mirkamil kimi musiqi istedadı olmadı. Onlar başqa sahədə inkişaf etdilər. Qızım Nəzrinin başqa yolu var, rəssamlıqla məşğuldur. Böyük oğlum proqramistdir. Kiçik oğlumun isə başqa istedadı var. Böyük qızım isə ailəlidir. Uşaqları valideynin yönəltməsinin tərəfdarı deyiləm".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Səhər mərkəzi" verilişində deyib. Xanəndə valideynlərin övladın seçimlərinə qarışmasını tənqid edib:

"Valideyn deməməlidir ki, bu yolla get, onunla evlən. Valideyn dəstək olmalıdır, uşaq hansı sahəyə özünü hazır bilirsə, o yolda özünü inkişaf etdirsin. Bəzi valideynlər məcbur deyir oxumalısan. Heç uşağın səsi də yoxdur. Kimi sevir evlənsin, hansı sənəti istəyir ona doğru getsin". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026