• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Oynaq və sümük ağrısı olanlar bu qidalardan uzaq durmalıdır

CƏMİYYƏT

07 Iyun 2022 | 07:51 | Müəllif: Qalib İbrahimoğlu

Oynaq və sümük ağrısı olanlar bu qidalardan uzaq durmalıdır

Amerikalı dietoloq, tibb elmləri namizədi Molli Hembri oynaq və sümük ağrılarını artıran bəzi qidaları açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, həkim oynaqlardakı ağrını azaltmaq üçün süddən imtina etməyi tövsiyə edir.

Oynaq ağrılarını 4 qida artırır. Birinci kateqoriya süd və süd məhsullarıdır. Bura qaymaq, kərə yağı, kozeinli məhsullar aiddir. Onlar oynaqlarda iltihabı artırır.

Sümüklərdə ağrı və sızıltı zamanı qırmızı ət, qızarmış ət yeyilməməlidir. Bu qidalarda olan purin sidik turşusunu artırır. Hamburger, kolbasa, sosis, burgerlər qadağandır.

Oynaqda ağrısı olanlar şirin qazlı içkilər və sodalı içkilər içməməlidir (bakupost.az). Bunlar sümük ehtiyatını azaldır. Artriti gücləndirir.

Nəhayət 4-cü kateqoriya – dəniz məhsullarıdır. Bura tuns, sardina, krevet, ançouslar, krab aiddir.

Onlar sidik turşusunu artırır, oynaqlarda kristallar toplanmasına səbəb olur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026