• Bakı 21° C

    1.01 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Papa Fransiskin adı metro stansiyasına veriləcək

DÜNYA

23 Aprel 2025 | 09:25

Papa Fransiskin adı metro stansiyasına veriləcək

Argentinanın paytaxtı Buenos-Ayresin rəhbərliyi yerli qanunvericilik məclisinə metrostansiyaya Roma Papası Fransiskin adının verilməsini təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Buenos-Ayresin meri Xorxe Makri “X” hesabında paylaşım edib.

“Mən Qanunvericilik Assambleyasına D xəttindəki metro stansiyasının adının Papa Fransisk adlandırılmasına dair qanun layihəsi təqdim etmişəm”, - deyə o yazıb.

Sözügedən metro stansiyası Fransiskin 2013-cü ilin martında Papa seçilməzdən əvvəl xidmət etdiyi Buenos-Ayres Katedralının yanında yerləşir.

Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. O, aprelin 26-da dəfn olunacaq.


SON XƏBƏRLƏR