• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Paris-2024: Azərbaycan medal sıralamasında neçəncidir?

İDMAN

01 Sentyabr 2024 | 09:44

Paris-2024: Azərbaycan medal sıralamasında neçəncidir?

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 24-cü pilləyə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, yığmanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.

Ötən gün Azərbaycan paraüzgüçüsü Raman Saley gümüş medal qazanıb. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medal əldə edib.

Siyahıya Çin (20 qızıl, 15 gümüş, 7 bürünc) başçılıq edir. Böyük Britaniya (11 qızıl, 8 gümüş, 6 bürünc) ikinci, Braziliya (8 qızıl, 3 bürünc, 12 bürünc) üçüncüdür.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR