• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Paşinyan-Əsədov görüşünə Moskvadan REAKSİYA

SİYASƏT

02 Noyabr 2023 | 15:40 | Müəllif: Subhan Mahmudov

Paşinyan-Əsədov görüşünə Moskvadan REAKSİYA

Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılmasına kömək edəcək istənilən təmasları alqışlayırıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan Baş nazirlərinin Gürcüstanda keçirilən görüşünü şərh edərkən deyib.

“Tərəflərə və bütövlükdə regiona fayda verən hər şeyi alqışlayırıq. Ondan çıxış edirik ki, ikitərəfli münasibətlərin normallaşdırılması üçün yol xəritəsi 2020-2022-ci illər arasında qəbul edilmiş üçtərəfli sazişlər toplusu olaraq qalır. Burada iki ölkə arasında sülh müqaviləsinin imzalanması, nəqliyyatın blokunun açılması və Cənubi Qafqazda iqtisadi əlaqələr, sərhədlərin delimitasiyası və s. yer alır. Yaxın vaxtlarda Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq”, - bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026