• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Paşinyan sülh prosesini ləngidir:  Əgər yenidən təxribatlar baş verərsə...

SİYASƏT

22 Fevral 2024 | 16:02 | Müəllif: Qalib İbrahimoğlu

Paşinyan sülh prosesini ləngidir: Əgər yenidən təxribatlar baş verərsə...

"Uzun müddətdir Ermənistan dövlətinin ciddi şəkildə silahlandığını görürük. Fərqli izahlar verməyə çalışsalar da, silahların tərkibinə baxdıqda bəlli olur ki, bu addımlar erməni ordusunun zəif nöqtələrini tamamlamağa hesablanıb".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Ekspert bildirib ki, radioelektron mübarizə sistemləri, antidron və haubitsa reaktiv atəş sistemləri, zirehli transportyorlar və s. texnikalar göstərir ki, Ermənistan üçün silahlanma prioritetdir:

"Bir müddət əvvəl şərti sərhədlərdə baş vermiş təxribat və ardınca atəşkəsin mütəmadi pozulması halları məhz sürətli silahlanmadan sonraya təsadüf edir. Qafan bölgəsi insidentlərin ən çox yaşandığı nöqtələrindən biridir. Həmin bölgə uğrunda siyasi mübarizə gedir. Faktiki olaraq bir neçə ölkə həmin ərazidə konsulluq açıb və ya açmaq istəyir, hərbi atteşelər təyin edir. Bu yaxınlarda fransalı general da ora səfər etmişdi, sonra çexiyalı casus tutulmuşdu. Avropa İttifaqının "mülki missiyası", fransa jandarmı da oradadır. Fransanın kəşfiyyat şəbəkəsi vaxtaşırı bölgəyə gəlir, binoklla Azərbaycan mövqelərini seyr edirlər".

Analitik diqqətə çatdırıb ki, hazırda Ermənistanda monolit hökumət yoxdur:

"Paşinyan hakimiyyəti sülh prosesini ləngitmək istəyir. İrəvanın himayədarları da bölgədə vəziyyətin gərgin qalmasında maraqlıdır. Zəngəzur dəhlizi və Azərbaycanın enerji layihələri Rusiya və İran da daxil olmaqla bir çox dövləti narahat etməkdədir. İstənilən halda sülh prosesinin uzanmasında və pozulmasında bütün məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür”.

Turab Rzayev, politoloq

Onun sözlərinə görə, əgər yenidən təxribatlar baş verərsə, nəyə hesablandığını daha dəqiq görəcəyik:

“İrəvan hökuməti qeyri-müəyyən mövqe sərgiləməyə davam edərsə, Azərbaycan tərəfi İrəvanı cəzalandırmalıdır. Çünki başqa üsullarla müsbət nəticə əldə etmək mümkün görünmür".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026