• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sahibə Qafarovanın Simonyanla müzakirə etdiyi məsələlər açıqlandı - YENİLƏNİB

SİYASƏT

22 Mart 2024 | 20:12

Sahibə Qafarovanın Simonyanla müzakirə etdiyi məsələlər açıqlandı - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

Görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən keçirilib.

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Görüş konstruktiv mühitdə baş tutub.

 

18:39

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi gözlənilir.

 

11:28

Azərbaycan və Ermənistan parlament sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında görüş keçiriləcək.

Bakıvaxtı.az-ın “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, məlumatı Ermənistan parlamentinin mətbuat xidməti yayıb.

Spikerlərin martın 22-də Cenevrədə görüşəcəyi bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026