• Bakı 22° C

    5.26 m/s

Paytaxtdakı kafelər 7 ayda nə qədər gəlir əldə edib? - STATİSTİKA

İQTİSADİYYAT

22 Avqust 2024 | 13:06 | Müəllif: Əli Hüseynov

Paytaxtdakı kafelər 7 ayda nə qədər gəlir əldə edib? - STATİSTİKA

2024-cü ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2% artaraq 828 milyon manat olub.

Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 501,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 60,6%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2% artaraq 1 milyard 244,6 milyon manat olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026