• Bakı 26° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Pekin Moskvanı buna görə İTTİHAM ETDİ

DÜNYA

05 Avqust 2023 | 17:47

Pekin Moskvanı buna görə İTTİHAM ETDİ

Pekin Moskvanı sərhəddə çinlilərə sərt davranmaqda ittiham edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hüquq-mühafizə orqanları Rusiya-Qazaxıstan sərhədində Çin vətəndaşlarının hüquqlarını ciddi şəkildə pozub. Əlavə edilib ki, bu, Çin-Rusiya dostluğunun ümumi mənzərəsinə və ölkələr arasında dostluq humanitar mübadilələrinin artması tendensiyasına ziddir. Səfirlik araşdırma aparılmasını xahiş edib.

Qeyd olunub ki, iyulun 29-da Rusiya-Qazaxıstan sərhədində 5 Çin vətəndaşı dörd saat ərzində dəfələrlə dindirilib. Onlara ölkəyə giriş qadağan edilib və turist vizaları ləğv edilib. Çin səfirliyi insidentlə bağlı araşdırma aparıb və Rusiya Xarici İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və sərhəd xidmətinə müvafiq materialları təqdim edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026