ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi kontekstində uğurlu danışıqlar aparır.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqset Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı danışarkən deyib.
Trampın danışıqlar aparmaq bacarığından danışan Heqset vurğulayıb ki, ABŞ Prezidenti gözlənilməz həll yolları tapmağı bacarır: “Bir çoxlarının illərlə dama oynadığı yerdə o, şahmat oynayır”.
Heqset Ukrayna üzrə danışıqların mümkün nəticələrindən danışarkən əlavə edib ki, kimsə istədiyini almayacaq.