• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Pezeşkian Urmu gölüylə bağlı hansı addımı atacaq?

DÜNYA

16 Iyul 2024 | 13:16 | Müəllif: Qalib İbrahimoğlu

Pezeşkian Urmu gölüylə bağlı hansı addımı atacaq?

“Urmu gölünün builki vəziyyəti bu zamanına görə yaxşıdır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında urmulu gənc fəal Mehdi Sərvəri Urmu gölünün durumundan danışarkən deyib.

Bununla belə, onun sözlərinə görə, ancaq gölün durumu hələ də çox həssasdır.

Müsahibimiz qeyd edib ki, gölə əlavə su vurulmalıdır:

“Əgər belə olsa, Urmu gölünün durumu yaxşı olacaq”.

“Məsud Pezekşianın prezident seçilməsindən sonra bu sahədə hansısa ciddi addımların atılacağını gözləyirsinizmi?” sualına Mehdi Sərvəri “Pezeşkian andiçmə mərasimindən sonra kabineti formalaşdıracaq. Yeni kabinetin tərkibi bilinəndən sonra bu sahədə necə addım atılacağını proqnozlaşdırmaq olar” deyə cavablandırıb.

Digər fəal Əli Urmulu isə Bakıvaxtı.az-a deyib ki, gölün vəziyyəti o qədər də qənaətbəxş deyil. Onun sözlərinə görə, havalar isindikcə, gölün quruması da sürətlənir.

“Pezeşkianidən gözlədyimiz odur ki, gölün qurumasının qarşısının alınması üçün uzunmüddətli plan tərtib etsin” deyən Ə.Urmulu qeyd edib ki, burada ilk növbədə İranın cənubundakı dənizlərdən Urmu gölünə kanalların çəkilməsi ola bilər”.

Onun sözlərinə görə, eyni zamanda quyuları su ilə doldurmaq və sədlərin çəkilməsi də vacib işlərdəndir.

Xatırladaq ki, Urmu gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan gölün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib.

Gölün suyu 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmu gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi halda bunun insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026