Extinction Rebellion ətraf mühit təşkilatının iki iqlim fəalı Melburndakı Viktoriya Milli Qalereyasında Pikassonun rəsminə əllərini yapışdırdıqdan sonra həbs edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, təşkilatın "Tvitter" paylaşımında bildirilib ki, fəallar özlərini "Koreyadakı qırğın"ın şüşə örtüyünə yapışdırıb və "İqlim xaosu = müharibə və qıtlıq" yazılmış pankartın yanında dayanıblar. Təbiətşünas və teleaparıcı Devid Attenborodan sitat gətirən qrup "əgər indiki yolumuza davam etsək, təhlükəsizliyimizi təmin edən hər şeyin dağılması ilə üzləşəcəyik və bu, qarşıdurmaya səbəb olacaq” deyib.
Viktoriya polisi bildirib ki, etirazçılar yerli vaxtla saat 12:40 radələrində qalereyaya giriblər, onlar özlərini örtüyə yapışdırmazdan əvvəl qalereyanın birinci mərtəbəsinə daxil olublar.
Məlumata görə, iki fəaldan başqa 49 yaşlı kişi də həbs edilib.
Extinction Rebellion hadisə zamanı heç bir sənət əsərinin zədələnmədiyini bildirib.
Aytac Aslan

















