"Yuventus"un sabiq çalışdırıcısı Andrea Pirlo Portuqaliyada çalışa bilər.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, italiyalı mütəxəssisə "Benfika"dan təklif gəlib.
Lissabon təmsilçisi yanvarda Pirlo ilə müqavilə bağlamaq istəyir.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü olan 42 yaşlı Pirlo hələlik yalnız "Yuventus"u çalışdırıb.
















