• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Polis əməliyyat keçirdi - Daha 12 nəfər saxlanıldı

HADİSƏ

12 Yanvar 2022 | 10:30

Polis əməliyyat keçirdi - Daha 12 nəfər saxlanıldı

Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı ümumilikdə 3 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Girdəni kənd sakini Fariz Baxşiyev saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən və əlindəki alət çantasından ümumilikdə 2 kiloqram 805 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər -Fərid Əskərov, Xalid Əskərov, Elsevər Məcidov, Habil Cabbarov, Fərrux Cəfərov, Seymur Zəkizadə, Ənvər Lələyev, Kamran Nuriyev, Niyaməddin Qasımov, Həbib Kələntərli və Emin Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.


Polis əməliyyat keçirdi - Daha 12 nəfər saxlanıldıPolis əməliyyat keçirdi - Daha 12 nəfər saxlanıldıPolis əməliyyat keçirdi - Daha 12 nəfər saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026