Rusiyanın Ukraynaya genişmiqyaslı hücumdan bəri ən böyük ballistik və qanadlı raket zərbəsi endirməsi Kiyevə dəstəyin davam etdirilməsinin vacibliyini göstərir. Eyni zamanda bu hadisə Polşa ordusunun modernləşdirilməsini sürətləndirməyin zəruriliyini sübut edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşanın Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində bildirib.
O, Rusiyanın Ukraynaya ən güclü kombinəedilmiş zərbələr endirdiyini və irimiqyaslı səfərbərliyə hazırlaşdığını vurğulayıb:
"Bu hücum Ukraynaya dəstəyi azaltmağa və ya Polşa ordusunun modernləşdirilməsini ləngitməyə çağıran səslərin reallıqdan nə qədər uzaq olduğunu nümayiş etdirir".
Kosinyak-Kamış Polşanın hazırkı hakimiyyətinin ölkənin müdafiə qabiliyyətini gücləndirməyə davam edəcəyini qeyd edib.
Nazir Rusiya raketlərinin heç vaxt Polşaya çatmaması və təhlükəsizliyə təhdid yaratmaması üçün hər şeyi etdiklərini və bu yoldan geri dönməyəcəklərini vurğulayıb.
Bakı 



