• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Prezident Fatih Birolu qəbul edib - FOTOLAR - YENİLƏNİB

CƏMİYYƏT

13 Mart 2025 | 16:52

Prezident Fatih Birolu qəbul edib - FOTOLAR - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Fatih Birola “Dostluq” ordenini təqdim edib.

Fatih Birol bu ordenə COP29-da Azərbaycanın sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.

Prezident İlham Əliyev Fatih Birola ölkə ilə həyata keçirdiyi əməkdaşlığa və COP29-da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Fatih Birol da öz növbəsində “Dostluq” ordeni ilə təltif olunmasından böyük qürur hissi duyduğunu deyib.

O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və etibarlı tərəfdaş olduğunu vurğulayıb.

COP29-da əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdıran Fatih Birol bu tədbirdə çox çətin və mürəkkəb danışıqlar prosesinin aparıldığını dedi və iqlim gündəliyi ilə əlaqədar yaxşı nəticələrin əldə edildiyini diqqətə çatdırıb.

Fatih Birol XII Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək bu tədbiri beynəlxalq səviyyədə mühüm məsələlərinin müzakirəsi baxımından vacib platforma kimi qiymətləndirib. O, gələcəkdə də Forumla əməkdaşlıq imkanları ilə bağlı fikirlərini bölüşüb.

Söhbət zamanı qlobal enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

***

15:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.

Balkıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 


SON XƏBƏRLƏR