• Bakı 15° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Prezident fərman İMZALADI

CƏMİYYƏT

19 Oktyabr 2021 | 15:43 | Müəllif: Subhan Mahmudov

Prezident fərman İMZALADI

Prezident İlham Əliyev “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman verib.

Bakıvaxtı.az xəbər verir ki, fərmanla 2021-ci il sentyabrın 10-da Bakı şəhərində imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilir.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə bildiriş göndərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026