• Bakı 14° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Prezident Memorandumu təsdiq etdi

SİYASƏT

18 Dekabr 2023 | 15:41

Prezident Memorandumu təsdiq etdi

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fərman imzalayıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə bildiriş göndərəcək.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR