• Bakı 21° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Prezident Özbəkistana gedəcək

SİYASƏT

06 Noyabr 2023 | 10:36 | Müəllif: Subhan Mahmudov

Prezident Özbəkistana gedəcək

Noyabrın 8-9-da Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin saytı məlumat yayıb. 

Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Gündəliyə uyğun olaraq, İƏT çərçivəsində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi, bu çoxtərəfli strukturun fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə baxılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026