• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ermənistanın silahlandırılması sülh prosesinə mane olur

SİYASƏT

05 Dekabr 2023 | 16:45 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanın silahlandırılması sülh prosesinə mane olur

Fransa Senatı SEZAR artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib.

Fransa Senatının məlumatına görə, Ermənistan bu yaxınlarda “Thales”dən üç GM-200 radarının alınmasına dair saziş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müzakirələr gedir. Senat həmçinin qeyd edib ki, Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” tipli 24 zirehli maşın artıq Ermənistana gətirilib, daha 26 ədəd “Bastion” da göndəriləcək.

Politoloq Abutalıb Səmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Fransa hələlik yalnız zirehli maşınlar verib və digər silahları verə biləcəyini bəyan edib. Ancaq təbii ki, bu silahlar Ermənistana havayı verilməyəcək.

Ekspertin sözlərinə görə, silahları almaq üçün kifayət qədər ciddi məbləğ ödəmək lazımdır və Ermənistanda bu sahədə ciddi problemləri var: "Ermənistan hərbi xərclərini 2024-cü ildə 1,4 milyard dollara çatdırmaq istəyir. Bu, onun məqsədini ortaya qoyur. Ermənistan hələ də ordusunu yenidən qurmaq, revanşa başlamaq xəyalları ilə yaşayır. Üstəlik, ordunun modernləşməsi məsələsini təqribən 2 il bundan əvvəl Rusiyadan xahiş etmişdi və Moskva öhdəlik götürmüşdü. İndi eyni xahişlə Fransaya müraciət edib”.

Onun sözlərinə görə, ancaq nə qədər modernləşsə də, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrindən həmişə və dəfələrlə zəif olacaq. Bəs, bu cür silahlanma, hərbi xərclərin artırılması sülh prosesinə mane olurmu? Şübhəsiz ki, mane olur: “Ermənistanın Azərbaycanın konstruktiv təkliflərinə hələ də reaksiya verməməsi bu addımların nəticəsidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dördlü formatda sülh sazişini müzakirə etməyi təklif etdi, lakin Ermənistana cavab vermədi. Sonra Azərbaycanın "3+3" formatında bu məsələni müzakirə etmək təklifi ortaya çıxdı. Paşinyan Tehranda qəti şəkildə buna etiraz etdi. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan variantını da təklif etdi, cavab çıxmadı. Ondan sonra sərhəddə müzakirələr keçirmək məsələsi gündəmə gəldi".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, əslində sərhəddə görüş təklifinə də "yox" deyildi: "Baxmayaraq ki, delimitasiya komissiyalarının iclası keçirildi. Ancaq onun birbaşa sülh prosesinə, daha doğrusu sülh sazişinə o qədər də aidiyyatı yoxdur. Ermənistan sülh prosesini pozmaqda davam edir və çox təəssüf ki, Qərbdəki havadarları da bunu görməzdən gəlirlər. Son illərin hadisələri göstərdi ki, Ermənistan ona təklif olunan əlverişli şərtləri qəbul etmədikcə, sonrakı dönəmdə daha ağır şərtləri qəbul etmək məcburiyyətində qalır. Burada Ermənistanın birinci prezident Levon Ter-Petrosyanın 1997-ci ildə söylədiyi fikri xatırlamaq yerinə düşər. O, deyirdi ki, "bu gün bizə təklif olunanı qəbul etmirik, ancaq sabah bunları almaq üçün yalvarmaq məcburiyyətində qalacaq".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026