• Bakı 9° C

    11.96 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Priqojin Ukraynanın əks-hücum tarixini açıqladı

DÜNYA

26 Aprel 2023 | 22:18 | Müəllif: Subhan Mahmudov

Priqojin Ukraynanın əks-hücum tarixini açıqladı

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına 2 maydan sonra başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Vaqner” muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin deyib.

“Ukrayna ordusunun əks-hücum əməliyyatı ilə bağlı nə baş verir? Bu gün yağış yağır, 2 maydan etibarən yağış kəsəcək. Daha bir həftə lazımdır ki, torpaq qurusun. Bundan sonra Ukrayna Silahlı Qüvvələri hücuma hazır olacaq. Bu hücum 9 Mayda – Qələbə gününü pozmaq üçünmü olacaq? Ola bilər”, - o qeyd edib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri tam irəliləməyə və cinahları kəsməyə hazırdır, ukraynalıların hücumu qaçılmazdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026